Argentina futbolçusu: “Hamı bizə hörmət etməlidir”
Argentina millisinin oyunçusu Rodriqo de Paul Argentinanın Dünya çempionatı 2026-nın final mərhələsinə vəsiqə qazandığı oyundan sonra (Argentina 4 - 1 Braziliya) fikirlərini söyləyib.
90plus.az xəbər verir ki, 30 yaşlı mərkəz yarımmüdafiəçisi Rafinyanın Argentina millisi haqda oyunöncəsi dediyi sözlərə işarə olaraq cavab yollayıb:
"Biz heç vaxt heç kimə hörmətsizlik etməmişik. Bütün bu illər ərzində bizə kifayət qədər hörmətsizlik edilib. Heç kim bizə kömək etmədi. Biz hər şeyə öz gücümüzlə nail olduq. Və bunu sübut etməyə davam edirik. Son altı ildə biz dünyanın ən yaxşı milli komandasıyıq. Bizə hər kəs hörmət etməlidir”.
Maraqlı: Oyundan sonra Argentina millisi Rafinyanı paltardəyişmə otağına belə yola salır:
https://t.me/doxsanplus/100225
Qeyd: "Barselona"nın ulduzu Rafinya Braziliyanın Dünya Çempionatının seçmə mərhələsində əzəli rəqibi Argentina ilə qarşılaşması öncəsi bunları deyib:
https://www.90plus.az/rafinya-v-romario-18-dialoq-yaratdlar/xeber/
📰: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved