Rafinya və Romario 18+ dialoq yaratdılar
"Barselona"nın ulduzu Rafinya Braziliyanın Dünya Çempionatının seçmə mərhələsində əzəli rəqibi Argentina ilə qarşılaşması öncəsi alovlu mesaj göndərib.
90plus.az xəbər verir ki, Cənubi Amerikalı əzəli rəqiblər sabah gecəyarı saat 4-də 2026-cı il Dünya Kubokunun seçmə mərhələsinin həlledici matçına çıxmağa hazırlaşırlar. "Barselona"lı futbolçu isə komanda yoldaşlarını motivasiya etmək üçün bir çağırış göndərib.
Braziliyanın əfsanəvi futbolçusu Romario söhbət zamanı Rafinyadan soruşub: "Ən böyük rəqibimiz olan Argentinaya qarşı oynayacağıq. Messi olmasa, onları məğlub edəcəyikmi?"
"Biz Argentina yığmasını məğlub edəcəyik, buna heç bir şübhə yoxdur. Lazım gələrsə, həm meydanda, həm də meydandan kənarda bunu edəcəyik".
Romario: "Qol vuracaqsan?".
Rafinya: "Bəli, hər şeyimi ortaya qoyacağam".
Romario: "Onları əzəcəyik?" (F...k edəcəyik?).
Rafinya: "Bəli, əzəcəyik".(F...k edəcəyik)
Anxel di Maria Rafinyanın açıqlamasına gülüş emojiləri ilə münasibət bildirib:
© Copyright 2026, All Rights Reserved