Arne Slotdan Ekitikeyə sərt reaksiya: “Bu, çox axmaqlıq idi”
“Liverpul”un baş məşqçisi Arne Slot “Sauthempton”la keçirilən oyunda vurduğu qoldan sonra formasını çıxardığı üçün ikinci sarı vərəqə alaraq meydandan qovulan hücumçu Hüqo Ekitikeyi sərt şəkildə tənqid edib.
90plus.az xəbər verir ki, “Anfild” stadionunda baş tutan qarşılaşmada “Liverpul” qələbə qazansa da, komandanın fransalı futbolçusu Hüqo Ekitike qeyri-adi şəkildə oyundan kənarlaşdırıldı. Qızıl-qırmızılıların öncədən sarı vərəqəsi olan futbolçusu vurduğu qolu qeyd edərkən formasını çıxardığı üçün hakimin qaydalara əsasən verdiyi ikinci sarı və ardınca qırmızı vərəqə ilə meydanı tərk etməli oldu.
Oyundan sonra Arne Slot bu hərəkəti “lüzumsuz və axmaq bir davranış” adlandırıb. Niderlandlı çalışdırıcı açıqlamasında bunları deyib:
“Gərəksiz idimi? Bəli. Və axmaqlıq idi. İlk sarı vərəqə onsuz da gərəksiz idi və bir növ axmaqlıq idi, çünki emosiyalarını idarə etməlisən. Mən ona dedim: əgər bu, Çempionlar Liqasının finalında 87-ci dəqiqədə üç müdafiəçini keçib topu yuxarı bucağa göndərdiyin bir qol olsaydı, bəlkə anlaya bilərdim.”
Slot sözlərinə belə davam edib:
“Mən 47 yaşımdayam və çox yüksək səviyyədə oynamamışam, amma bir neçə qol vurmuşam. Əgər belə bir qol vursaydım, dönüb ‘Yuventus’un futbolçusu Federiko Kiesaya gedərdim və deyərdim ki, ‘Bu qol tamamilə sənindir, mənimlə əlaqəli deyil’. Duyğularını idarə etmək hər zaman ən yaxşısıdır. Əgər idarə edə bilmirsənsə, heç olmasa sarı vərəqə ilə nəticələnməyəcək bir şəkildə sevincini göstər.”
Baş məşqçinin bu sərt reaksiyası “Liverpul” daxilində intizam məsələlərinə nə qədər önəm verdiyini bir daha göstərdi.
© Copyright 2026, All Rights Reserved