“Man Siti”nin çempionluq şansı “Arsenal”a tən oldu
“Man Siti” “Arsenal”ı məğlub etdi – çempionluq yarışı yenidən alovlandı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 33-cü turunda mərkəzi oyunda “Man Siti” doğma meydanda “Arsenal”ı qəbul edib.
Gərgin və yüksək tempdə keçən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb:
Mançester Siti 2 - 1 Arsenal
R. Şerki 16’
K. Haverts 18’
E. Haaland 65’
Qollar: https://t.me/doxsanplus/116422
Bu nəticə ilə Premyer Liqada çempionluq yarışı yenidən tam qızışıb. “Arsenal” 70 xalla liderliyini qorusa da, “Man Siti” 67 xala yüksələrək fərqi 3 xala endirib və bir oyun da ehtiyatda saxlayır.
Cəmi iki tur əvvəl 9 xallıq fərqlə rahat görünən “Arsenal” indi ciddi təzyiq altına düşüb. Aprel ayı ilə birlikdə “Man Siti” yenidən ən güclü dövrünə yaxınlaşdığını göstərir.
Turnir cədvəlində vəziyyət:
Çempionluq yarışı son həftələrə doğru daha da dramatik xarakter alır.
© Copyright 2026, All Rights Reserved