Arteta Arda Güleri istəyir
“Arsenal”dan Arda Güler üçün hücum – Arteta transferi şəxsən istəyir.
90plus.az xəbər verir ki, “Arsenal” yay transfer pəncərəsi öncəsi “Real Madrid”in gənc ulduzu Arda Güler üçün hərəkətə keçib. İngiltərə klubu artıq futbolçunun nümayəndələri ilə birbaşa əlaqə saxlayaraq mümkün transferi müzakirə etməyə başlayıb.
Məlumata görə, London təmsilçisinin baş məşqçisi Mikel Arteta bu keçidin əsas təşəbbüskarıdır. İspan mütəxəssis türkiyəli futbolçunu heyətdə çoxfunksiyalı pleymeyker kimi görür və onun Bukayo Saka ilə rotasiyada oynaya biləcəyini, eyni zamanda Martin Edeqorun alternativi ola biləcəyini düşünür.
“Arsenal” hazırda gözləmə mövqeyindədir. Klub “Real Madrid”in Arda Gülerlə bağlı planlarında dəyişiklik olacağı təqdirdə dərhal rəsmi təklif etməyə hazırdır.
Mövsümü başa vurdu
Arda Güler isə hazırda zədə səbəbindən mövsümü erkən başa vurub. Gənc futbolçunun bərpa prosesi davam edir və onun yayda keçiriləcək dünya çempionatına qədər tam hazır vəziyyətə qayıdacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved