Arteta Sakanın müqavilə istəyindən danışdı
"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubun 23 yaşlı vingeri Bukayo Sakanın yayda yeni müqavilə istəməsinə fikir bildirib.
90plus.az xəbər verir ki, mütəxəssis bununla bağlı konkret cavabdan sanki qaçıb:
“Bəli, vaxtı gələndə bu mövzuda danışıqlarımız olacaq və əminəm ki, klub bu məsələ ilə ciddi şəkildə maraqlanır.
Düşünürəm ki, Bukayo da niyyətini açıq şəkildə ifadə edib. Ona görə də hər şeyin düzgün yöndə olduğunu düşünürəm.”
Qeyd: İngilis yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 30 oyuna çıxıb, 11 qol vurub, 13 assist edib.
© Copyright 2026, All Rights Reserved