“Atletiko - Arsenal”: Start heyətləri bəlli oldu
Çempionlar Liqasında gecənin oyunu: “Atletiko” – “Arsenal” üz-üzə! Start heyətləri bəlli oldu!
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində diqqətlər Madriddə olacaq. İspaniyanın “Atletiko” klubu doğma meydanda İngiltərə nəhəngi “Arsenal”ı qəbul edəcək.
İlk oyuna saat 23:00-da start veriləcək və hər iki komanda finala gedən yolda üstünlük qazanmağa çalışacaq. Qarşılaşma həm taktiki mübarizə, həm də ulduz futbolçuların dueli baxımından böyük maraq doğurur.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Atletiko”: Oblak, Pubil, Ruceri, Lyorente, Hantsko, Simeone, Koke, Kardoso, Qrizmann, Lukman, Alvares.
“Arsenal”: Raya, Saliba, Maqalyayns, İnkapye, Uayt, Rays, Subimendi, Edeqor, Martinelli, Dyökeres, Madueke.
© Copyright 2026, All Rights Reserved