Avro-2024: Qızıl Buts”u 6 oyunçu ala bilər
Sabah Avro-2024-ün final oyunundan sonra "Qızıl Buts"un sahibi də bilinəcək.
90plus.az xəbər verir ki, final matçında bombardir siyahısındakı vahid lider bəlli olmasa, UEFA AVRO-2024-ün “Qızıl buts”unu hazırda aktivində 3 qol olan altı oyunçu arasında paylaşılacağını açıqlayıb.
Həmin 6 oyunçu bunlardır:
Dani Olmo - 3 qol (İspaniya);
Harri Keyn - 3 qol (İngiltərə);
Kodi Qakpo - 3 qol (Niderland);
İvan Şranz - 3 qol (Slovakiya);
Georges Mikautadze - 3 qol (Gürcüstan);
Camal Musiala - 3 qol (Almaniya).
© Copyright 2026, All Rights Reserved