Avstraliya dünya çempionatına çıxdı!
Avstraliya milli komandası 2026-cı il Dünya Çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, Toni Popoviçin rəhbərlik etdiyi milli komanda üçüncü mərhələnin son oyununda Ciddədə Səudiyyə Ərəbistanını 2:1 hesabı ilə məğlub edərək, C qrupunda ikinci yeri tutub və ardıcıl altıncı dəfə dünya çempionatına vəsiqə qazanıb.
Bu qələbə ilə Avstraliya 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatına birbaşa vəsiqə qazanıb. Komanda son beş oyunda dörd qələbə və bir heç-heçə ilə Popoviçin rəhbərliyi altında uğurlu çıxış edib.
Qeyd: Fələstin yığması üçün dünya çempionatına vəsiqə arzusu sona çatıb. Əmmanda keçirilən oyunda Omanla 1:1 hesablı heç-heçə edən Fələstin komandası qrupda ilk altılığa düşmək şansını itirib.
© Copyright 2026, All Rights Reserved