Azərbaycan idmançıları 4-cü qızıl medalı qazandılar
Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı hesabına yazdırıblar.
90plus.az xəbər verir ki, Raziyə Seyidli və Ağasif Rəhimovdan ibarət qarışıq cütlük yüksək nəticə göstərərək qarışıq hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd: Təmsilçilərimiz daha əvvəl qarışıq cütlük üzrə balans hərəkətlərində bütün rəqiblərini üstələməyi bacarmışdı. Kişilərdən ibarət Murad Rəfiyev - Daniel Abbasov cütlüyü həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.
© Copyright 2026, All Rights Reserved