Azərbaycan Tennis Federasiyasında prezident dəyişdi!
Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasına prezident seçildi.
90plus.az xəbər verir ki, Azərbaycan Tennis Federasiyası İctimai Birliyində yeni rəhbərlik müəyyənləşib. Federasiyanın ümumi yığıncağında keçirilən səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli qurumun yeni prezidenti seçilib.
O, 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədovu əvəzləyib.
Seçkilərin nəticələrinə əsasən, rəhbər heyət də formalaşıb. Əliağa Fətullayev birinci vitse-prezident, Amal Əlili və Orxan Manaflı vitse-prezident vəzifələrinə seçiliblər. İdarə Heyətinə Ramiz Həmzə-Zadə, Ləman Əliyeva və Elvin Məsimov daxil edilib. Nəzarət-Təftiş Komissiyasına isə Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov üzv seçiliblər.
Yeni seçilən prezident Ənvər Ənvərli çıxışında göstərilən etimada görə təşəkkür edib və federasiyanın inkişafı üçün çalışacaqlarını bildirib.
Qeyd: Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur.
© Copyright 2026, All Rights Reserved