"Barselona" əsas heyət üzvünü itirdi
"Barselona" klubunun oyunçusu Jül Kunde zədələnib.
90plus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinal mərhələsində "İnter"lə keçirilən ilk qarşılaşmada xəsarət alıb. O, oyunun 42-ci dəqiqəsində əvəzlənib.
Bu gün səhər saatlarında tibbi baxışdan keçən fransalı futbolçunun sol ayağının arxa bud əzələsində zədələnmə aşkarlanıb. Kundenin təxminən 3 həftə meydana çıxmayacağı bildirilir.
Xatırlatma: Jül Kunde cari mövsümdə "Barselona"nın heyətində 53 oyunda forma geyinib, 4 dəfə fərqlənib və 8 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved