“Benfika” azarkeşləri klubun bazasının girişini tutdu
“Benfika” azarkeşlərindən etiraz: məşq bazasının girişi bağlandı.
90plus.az xəbər verir ki, təxminən 200 nəfərə yaxın “Benfika” azarkeşi bu gün klubun məşq bazasına gələrək giriş-çıxışı müvəqqəti olaraq bloklayıb. Etirazın əsas səbəbi komandanın son dövrlərdə göstərdiyi zəif nəticələr olub.
Məlumata görə, azarkeşlər klub rəhbərliyi ilə birbaşa görüşmək və mövcud vəziyyətlə bağlı narazılıqlarını bildirmək istəyiblər. Nəticədə tərəfdarlar arasından dörd nümayəndəyə klub prezidentinin yanına daxil olmağa icazə verilib və vəziyyətlə bağlı müzakirə aparılıb.
Qeyd: Joze Mourinyonun çalışdırdığı “Benfika”nın son nəticələri azarkeşlərin ciddi narazılığına səbəb olub və bu etiraz da həmin gərginliyin nəticəsi kimi dəyərləndirilir.
© Copyright 2026, All Rights Reserved