Berdiyev 1 milyonluq hücumçu arzusunda
«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev yeni istəyə düşüb.
90plus.az xəbər verir ki, Rusiyalı çalışdırıcı qış fasiləsində komandaya götürməyi planlaşdırdığı 2 legionerin adını klub rəhbərliyinə təqdim edib.
Onların biri hücumçu, digəri isə mərkəz yarımmüdafiəçisidir. 72 yaşlı mütəxəssisin üzərində dayandığı futbolçuların qiymətini də yazaq, bilin.
Berdiyevin Azərbaycana gətirmək arzusunda olduğu forvard 1 milyon dollar tələb eləyir. Orta sahə oyunçusunun illik maaşına isə 800 min dollar ödəmək lazım gələcək.
Hazırda «Turan»da bu qiymətə oynayan və ya ona yaxın məvacib alan kimsə yoxdur. Odur ki, gəlin, İdarə Heyətinin sədri Ehtiram Quliyevin bir belə xərcə düşməyə razılaşıb-razılaşmayacağını gözləyək.
Mənbə: Sportinfo
© Copyright 2026, All Rights Reserved