"Beşiktaş" bu turu itkisiz başa vurdu
Trendyol Super Liqasının 6-cı həftəsində "Beşiktaş" Tüpraş Stadionunda "Eyüpspor"u qəbul etdi.
99plus.az xəbər verir ki, mübarizə 2-1 hesabı ilə "Beşiktaş"ın xeyrinə sona çatdı. "Beşiktaş" 20-ci dəqiqədə Raşikanın cərimə meydançasından kənarından vurduğu qolla irəli keçdi. "Eyüpspor" isə 64-cü dəqiqədə Emre Akbabanın penalti zərbəsi ilə hesabı bərabərləşdirdi.
90+3-cü dəqiqədə "Beşiktaş"dan Immobile penaltini qola çevirdi və komandasına qələbə qazandırdı. Bu nəticə ilə "Beşiktaş"ın xalı 13-ə yüksəldi. "Eyüpspor" isə 9 xalda qalaraq məğlubiyyətsiz seriyasını itirdi.
Matçdakı qolların videoları:
Super Liqanın 7-ci həftəsində "Beşiktaş", "Kayserispor"un qonağı olacaq. "Eyüpspor" isə eyni həftədə öz meydanında "Gaziantep FK" ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved