"Borussiya Dortmund"un yeni ulduzu: Bynoe-Gittens
"Dortmund"da daha bir yeni ulduz parıldayır.
90plus.az xəbər verir ki, Bundesliqa mövsümünə "Eintracht Frankfurt" qələbəsi ilə başlayan və daha sonra məğlubiyyətsiz davam edən "Borussiya Dortmund" UEFA Çempionlar Liqasındakı ilk oyununda da 3 xal qazandı.
Yeni formatla ilk dəfə təşkil olunan nəhənglər liqasında Belçikada "Club Brugge" klubunun qonağı olan Nuri Şahin rəhbərliyindəki sarı-qara komandası ikinci hissədə vurduğu qollarla oyunu 3:0 hesabı ilə qazandı.
LİQADA 3 OYUNDA 7 XAL
Almaniya Bundesliqasında mövsümün ilk oyununda "Eintracht Frankfurt"u 2:0 məğlub edən "Borussiya Dortmund", sonradan "Werder Bremen" ilə bərabərə qaldı. Keçən həftə isə Dortmund evdə "Heidenheim"i 4 qolla keçdi.
3 oyun sonunda 6 qol vurub və 2 qol buraxan Nuri Şahinin komandası topladığı 7 xalla 3 oyunda 3 qələbə qazanan "Bavariya Münhen"in ardından ikinci sıradadır.
YENİ ULDUZ BYNOE-GITTENS
"Borussiya Dortmund"da bu mövsüm diqqət çəkən adlardan biri 20 yaşlı Jamie Gittensdir.
İngiltərədə "Reading" akademiyasında yetişən və "Manchester City" akademiyasında da çıxış edən gənc futbolçu 2020-ci ildə "Borussiya Dortmund"a transfer oldu. Dortmund klubuna transfer olduqdan 2 il sonra əsas komandaya yüksələn Gittens, son 2 mövsümdəki qol sayını bu mövsüm 5 oyunda geridə qoyub.
Bundesliqanın ilk həftəsində "Eintracht Frankfurt" oyununda komandasının 2 qolunu vuran Jamie Bynoe-Gittens, dünənki "Club Brugge" oyununda da 2 qol vurdu. Beləliklə, Gittens bu mövsümdəki 5-ci oyununda 4 qola çatdı.
Gənc futbolçu "Club Brugge" ilə qarşılaşmanın ən yaxşı oyunçusu mükafatını qazandı.
© Copyright 2026, All Rights Reserved