Braziliya prezidenti və Portuqaliya baş naziri mundial zarafatı etdi
Braziliya və Portuqaliya hökumətindən Dünya Çempionatı barədə zarafatlar gündəm olub.
90plus.az xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Portuqaliyanın Baş naziri Luis Montenegro ilə görüş zamanı 2026 Dünya Çempionatı ilə bağlı maraqlı açıqlamalar verib.
Lula 1966-cı il Dünya Çempionatını xatırladaraq həmin vaxt Portuqaliyanın Eusebio ilə, Braziliyanın isə Pele başda olmaqla ulduzlarla çıxış etdiyini və Portuqaliyanın Braziliyanı turnirdən kənarlaşdırdığını qeyd edib.
O, daha sonra 2026-cı il turnirinə toxunaraq Portuqaliyanın “Kristiano Ronaldo və komandasının Braziliyaya qarşı oynamamasını” arzuladığını bildirib.
Portuqaliya Baş naziri Luis Montenegro isə cavabında zarafatla “bunu finalda edə bilərik” deyib.
Buna cavab olaraq Lula gülərək bunun “Braziliya ilə geri dönməz bir diplomatik problem yarada biləcəyini” söyləyib.
Qeyd: Hər iki liderin söhbəti yumoristik ton daşıyıb və Dünya Çempionatı öncəsi futbolun yaratdığı marağı bir daha gündəmə gətirib.
© Copyright 2026, All Rights Reserved