Braziliyada oyun zamanı futbolçu dünyasını dəyişdi
Uruqvayın "Nasional" klubunun futbolçusu Xuan İzkerdo matç zamanı ürək tutmasından vəfat edib.
90plus.az xəbər verir ki, Cənubi Amerika klubları arasında keçirilən "Libertadores" kubokunun pley-off mərhələsində Braziliyanın "Sao Paulo" öz meydanında "Nacional"ı qəbul edib. Matç 2-0 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Matçdan daha çox meydandan kənar baş verənlər diqqəti cəlb edib.
Matç zamanı ürək tutmasından xəstəxanaya yatırılan qonaqların uruqvaylı futbolçusu Xuan İzkerdonun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə klub öz rəsmi instaqram səhifəsində məlumat verib.
Qeyd: İlk matç 0-0 bitmişdi və ümumi hesabda 2-0 qalib gələn "Sao Paulo" növbəti mərhələyə vəsiqə qazanıb.
© Copyright 2026, All Rights Reserved