Cəbrayıl Hacıyevdən Avropa medalı
Albaniyada keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri növbəti medallar uğrunda mübarizəni davam etdirirlər. Daha bir medal aldıq.
90plus.az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən Cəbrayıl Hacıyev turniri bürünc medalla başa vurub. O, üçüncülük uğrunda görüşdə Şimali Makedoniya təmsilçisi Rasul Şapiyevə şans tanımayıb və 8:0 hesablı qələbə qazanıb.
Digər güləşçimiz Rəşid Babazadə (65 kq) isə medalın bir addımlığında dayanıb. O, bürünc uğrunda qarşılaşmada Ermənistan idmançısı Vazgen Tevanyana 0:7 hesabı ilə məğlub olaraq yarışı medalsız tamamlayıb.
Qeyd: Sabah Azərbaycanın daha 4 sərbəst güləşçisi finala çıxacaq. Ali Tsokayev (92 kq), Arseniy Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar. Nürəddin Novruzov (61 kq) isə üçüncülük şansını yoxlayacaq.
Xatırlatma: Bu gün 57 kq çəki dərəcəsində İslam Bazarqanov Avropa çempionu olaraq Azərbaycan yığmasına qızıl medal qazandırıb.
© Copyright 2026, All Rights Reserved