Çeferin əllə oyun epizodlarını anlamadığını deyir
Aleksander Çeferin hakimlərin futbol qaydalarını fərqli şəkildə şərh etməsi ilə bağlı fikirlərini bildirib.
90plus.az xəbər verir ki, Çeferin bəzi qaydaları anlamadığını söyləyib:
“Azarkeşlər qaydaların müxtəlif oyunlarda fərqli izah olunmasını başa düşmürlər, mən də artıq başa düşə bilmirəm. Məsələn, əllə oyun epizodları — penalti verilib-verilməməsinin, bunun qəsdən olub-olmamasının fərqi olmur… Bunu necə başa düşmək olar? Siz axı psixiatr deyilsiniz.”
“Biz hakimlərə izah etməyə çalışırıq ki, qərarları meydandakı hakim verməlidir. VAR yalnız açıq və aşkar qayda pozuntularında müdaxilə etməlidir. Baxışlar isə qısa olmalıdır, İspaniya və İngiltərə liqalarında bəzən olduğu kimi 10–15 dəqiqə davam etməməlidir,” – deyə Aleksander Çeferin bildirib.
© Copyright 2026, All Rights Reserved