Çempion Soboslay: “Tam dərk etdiyimi düşünmürəm“
Dominik Soboslay Premyer Liqada çempionluq yaşayan ilk macar futbolçu oldu.
90plus.az xəbər verir ki, Soboslay "Liverpul"la karyerasının ən parlaq oyunlarından birini göstərdi və kuboku qazandı!
24 yaşlı oyunçunun təəssüratları: “Hələ bunu tam dərk etdiyimi düşünmürəm. Əylənməyə davam edəcəyik".
"Liverpul"da Stiven Cerrardın geyindiyi 8 nömrəli formada oynayan macar oyunçu heç vaxt liqa titulunu qazanmayan əfsanəvi oyunçu haqda: “O, klub əfsanəsidir, məncə, o, klub üçün o qədər iş görüb ki, Premyer Liqanı qazanmasa belə, əfsanə kimi yadda qalmalıdır.
Amma o, mənim qazanmadığım bir şeyi qazandı, indi bu, növbəti məqsəddir”, - deyə Soboslay Çempionlar Liqasına işarə edib.
"Bu uğurumu bütün Macarıstana həsr edirəm”.
© Copyright 2026, All Rights Reserved