DÇ-2026: Bilet qiymətləri nəzarətdən çıxdı! 2 milyon avro…
DÇ final biletləri nəzarətdən çıxdı – qiymətlər 2 milyon avroya çatdı.
90plus.az xəbər verir ki, 2026-cı ildə keçiriləcək FIFA Dünya Çempionatı final oyunu ilə bağlı bilet qiymətləri rekord səviyyəyə yüksəlib. Xüsusilə ikinci əl satış platformalarında qiymətlər kəskin artıb və bəzi biletlər inanılmaz məbləğlərə təklif olunur.
“Goal Italia”nın yaydığı məlumata görə, final matçına bəzi biletlər hətta 2 milyon avroya qədər satışa çıxarılıb. Bildirilir ki, bu satışlardan FIFA da qazanc əldə edir və hər bilet satışından təxminən 30 faiz komissiya götürür.
Final oyununun keçiriləcəyi MetLife Stadium ətrafında vəziyyət daha da kritikdir. Hazırda arenada 10 min avrodan aşağı qiymətə bilet tapmaq demək olar ki, mümkünsüz sayılır.
Ekspertlər bu artımı yüksək tələbat, məhdud sayda yerlər və spekulyativ satışlarla əlaqələndirir. Azarkeşlər isə sosial şəbəkələrdə bu qiymətləri sərt tənqid edir və biletlərin əlçatanlığının ciddi problemə çevrildiyini bildirirlər.
© Copyright 2026, All Rights Reserved