Dembele: “Finalda oynayacağam“
“Qızıl top”a iddialı Dembele: “Çempionlar Liqasını qazanmaq istəyirəm”.
90plus.az xəbər verir ki, PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasının finalı öncəsi iddialı açıqlamalar verib.
Fransalı futbolçu mayın 30-da keçiriləcək “Arsenal”la final matçında oynayacağına əmin olduğunu bildirib.
“Finalda oynayacağam, buna heç bir şübhəm yoxdur. “Paris” FK ilə matçda kiçik bir problem yaşamışdım, amma risk etmək istəmədim. Karyeram ərzində çoxlu xırda və ciddi zədələrim olub”, – deyə Dembele RMC-yə açıqlamasında bildirib.
2024/25 mövsümündə parlaq performans sərgiləyən PSJ ulduzu artıq Fransa Liqa 1-də mövsümün ən yaxşı futbolçusu seçilib. Dembele bütün turnirlərdə 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransa futbolunun əfsanələrindən, 1991-ci ilin “Qızıl top” qalibi Jan-Pyer Papen Dembeleyə fərdi mükafatların onun üçün nə qədər vacib olduğunu soruşub. PSJ futbolçusu isə əsas hədəfinin komanda uğurları olduğunu vurğulayıb:
“Bir dəfə qalib gələndən sonra daha çoxunu istəyirsən. Amma mənim üçün ən vacibi Çempionlar Liqasını qazanmaqdır. Fransa millisi ilə də böyük dünya çempionatı keçirmək istəyirəm. Daha sonra nə olacağını görəcəyik”.
Dembele PSJ-də baş məşqçi Luis Enrike altında üzərinə düşən liderlik rolundan da danışıb:
“Hər matçda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qol vurmaq, məhsuldar ötürmələr etmək və komanda üçün nümunə olmaq istəyirəm. Baş məşqçi mənə vacib rol verdiyini dedi – həm gənclər, həm də təcrübəli futbolçular üçün örnək olmalıyam”.
Fransalı ulduz mövsümün həlledici mərhələsində əsas məqsədinin kuboklar qazanmaq olduğunu da əlavə edib:
“Həm böyük, həm də kiçik oyunlarda yaxşı çıxış etməyə davam etmək istəyirəm. Qollar vurmağa, assistlər etməyə və titullar qazanmağanacam”.
© Copyright 2026, All Rights Reserved