Dino Zoff İtaliyanın mundial şansından danışdı
İtaliyanın əfsanəvi keçmiş qapıçısı Dino Zoff 2026 Dünya Çempionatında İran yığmasının yerinə İtaliyanın turnirə daxil edilməsi ehtimalı ilə bağlı fikirlərini bildirib.
90plus.az xəbər verir ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli FIFA-ya müraciət edərək, İranın turnirdə İtaliya ilə əvəzlənməsi ideyasını gündəmə gətirmişdi.
“Bu, edilə biləcək bir şeydir. Aydındır ki, burada ideal vəziyyət yoxdur. Əgər belə bir imkan yaranarsa, ondan istifadə etməliyik, hətta bu, idman baxımından çox da düzgün olmasa belə,” – deyə Dino Zoff Rai Radio 1-ə açıqlamasında bildirib.
© Copyright 2026, All Rights Reserved