Donnarummanı göndərən PSJ bu futbolçu ilə uzadır
PSJ futbolçusu Fabian Ruislə müqavilənin müddətini artırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Paris klubu ispaniyalı yarımmüdafiəçi ilə olan mövcud müqaviləni əlavə 2 il uzatmağı nəzərdə tutur.
Xatırlatma: 29 yaşlı Ruis bu mövsüm PSJ-nin heyətində 14 rəsmi matçda forma geyinib, 4 dəfə rəqib qapısına yol tapıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved