Dünya Kuboku: “Real”ın yeni transferi ona qarşı oynayacaq
17 yaşlı argentinalı futbolçu Franko Mastantuono "River Pleyt"in heyətində bu ay ABŞ-da keçiriləcək Klublar Dünya Çempionatında iştirak edəcək.
90plus.az xəbər verir ki, bu onun turnirdə hələ ki, "Real Madrid"in heyətində çıxış etməyəcəyini göstərir. Əksinə, turnirin gedişatına görə, Mastantuono hətta "Real Madrid"ə qarşı da oynaya bilər.
"Real Madrid" və "River Pleyt" klubları arasında Mastantuononun transferi ilə bağlı razılıq əldə olunub. Transferin dəyəri 45 milyon avro təşkil edir. Lakin gənc hücumameyilli yarımmüdafiəçi Madrid klubuna yalnız 18 yaşı tamam olduqdan sonra, yəni avqust ayında qoşulacaq. Onun dekabr və ya yanvar aylarında komandada debüt etməsi gözlənilir.
Mastantuono "River Pleyt"in 34 nəfərlik heyətinə daxil edilib və 17 iyun tarixində "Urava Red Daymonds"a qarşı ilk oyununda iştirak edəcək. "River Pleyt"in baş məşqçisi Marselo Qalyardo gənc futbolçunun turnirdə əsas rol oynayacağını bildirib.
"Real Madrid"in baş məşqçisi Xabi Alonso Mastantuononun gələcəkdə əsas heyətdə mühüm rol oynayacağını və onun transferinin klubun uzunmüddətli planlarına uyğun olduğunu qeyd edib.
© Copyright 2026, All Rights Reserved