Dünya Kuboku: Tibo Kurtua rekord qırdı
Tibo Kurtua tarix yazdı – Klublararası Dünya Çempionatında rekorda imza atdı.
90plus.az xəbər verir ki, “Real Madrid”in qapıçısı Tibo Kurtua Klubların Dünya Çempionatında möhtəşəm performansla yadda qalıb. Belçikalı qolkiper "Paçuka”ya qarşı keçirilən və Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmada turnir tarixinin rekorduna imza atdı.
Kurtua həmin görüşdə cəmi 10 seyv etməklə, Klublararası Dünya Çempionatında bir oyunda ən çox qurtarış edən qapıçı oldu. Qolkiper “Real Madrid”in 10 nəfərlə mübarizə apardığı oyunda komandasını bir neçə dəfə real qoldan xilas edərək əsas qəhrəmanlardan birinə çevrildi.
Tibo Kurtuanın “Paçuka”ya qarşı göstəriciləri:
Kurtuanın bu parlaq çıxışı “Real Madrid”in növbəti mərhələyə adlamasında həlledici rol oynadı. Oyun ərzində sanki qapıda divara çevrilən qolkiper dünya futbolunun ən güclü qapıçılarından biri olduğunu bir daha sübut etdi.
© Copyright 2026, All Rights Reserved