Elvin Cəfərquliyev və Abbas Hüseynov qol vurdu!
Cəfərquliyev və Hüseynov əvəzedici komandada fərqləndi.
90plus.az xəbər verir ki, "Qarabağ FK"-nın əsas heyətindən kənarlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici komandada ilk oyunlarına çıxıblar.
Futbolçular Əvəzedicilər Liqasının 24-cü turunda "Zirə FK" ilə qarşılaşmada start heyətdə meydana çıxıblar və hər ikisi qol vuraraq yadda qalıb.
Matçda Abbas Hüseynov 49-cu dəqiqədə fərqlənib, Elvin Cəfərquliyev isə 73-cü dəqiqədə penaltidən rəqib qapısına yol tapıb. Qarşılaşma “Qarabağ”ın 5:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Qeyd: Hər iki futbolçu intizam qaydalarının pozulması səbəbindən baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.
© Copyright 2026, All Rights Reserved