Enrikedən yeni ad: “Usman Qızıl Top”
“Paris Sen-Jermen”in ulduzu Usman Dembelenin baş məşqçi Luis Enrike ilə münasibəti barədə dedikləri azarkeşlərin üzündə təbəssüm yaradıb.
90plus.az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin son üç ayda hər dəfə onu görəndə “Usman Qızıl top” deyə zarafatla səsləndiyini bildirib.
Bu açıqlama PSJ-nin qarşıdakı Liqa 1 oyunundan (“Oser”ə qarşı) öncə səslənib və Dembelenin 2025-ci ildə “Qızıl top”u qazanmasının fonunda gündəmə gəlib. O, 1380 səslə “Barselona”nın gənc ulduzu Lamin Yamalı geridə qoyaraq ilin ən yaxşı futbolçusu seçilib.
Dembelenin sözlərinə görə, Luis Enrike bu dəstəklə ona böyük inam aşılayıb. Həm də PSJ-nin tarixi mövsümündə – Liqa 1, Fransa kuboku və klub tarixində ilk Çempionlar Liqasını qazanaraq əldə edilən trebl uğurunda mühüm rol oynayıb.
© Copyright 2026, All Rights Reserved