Erik Ten Haq: "Biz ən çox kubok qazanan komandayıq"
"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq "Liverpul"la matçdan öncə iddialı açıqlamalar verib.
90plus.az xəbər verir ki, bu gün "Mançester Yunayted" öz evində "Liverpul"la qarşılaşacaq. Ev sahiblərinin baş məşqçisi gələn tənqidlərə cavab verib:
"Mançester Siti" istisna olmaqla, son iki ildə İngiltərədə ən çox kuboku "Mançester Yunayted" qazandı. Bu faktdır. Qalib gəlmək istəyirik. Mən bu klubu yenidən qururam”.
Qeyd: Erik Ten Haq "Mançester Yunayted"lə 1 dəfə FA kubokunu bir dəfə də Liqa kubokunu qazanıb.
© Copyright 2026, All Rights Reserved