Erik Ten Haqa Tuxel təzyiqi
"Mançester Yunayted"də Erik ten Haqın üzərindəki təzyiq artarkən, Tomas Tuxelin mövcud komandanı tamamilə dəyişdirə biləcəyi bildirildi.
90plus.az xəbər verir ki, "Yunayted" rəhbərliyi "Qırmızı Şeytanlar"ın FA Cup-ı qazansa da, Premier Liqanı səkkizinci yerdə başa vurduğu pis bir mövsümdən sonra Ten Haqı işdən çıxarmağı düşünərkən, yay boyunca keçmiş "Çelsi" və "Bayern Münhen" baş məşqçisi Tuxel ilə görüşdü. Lakin Tuxel onların təklifini rədd etdi və Old Trafford klubu Ten Haq ilə müqaviləni uzatmağı üstün tutdu. Ancaq komandasının sezona pis başlaması ilə baş məşqçi bir daha təzyiq altında qaldı və keçmiş "Arsenal" və "Çelsi" müdafiəçisi Uilliam Qallas, klub rəhbərlərinə Tuxeli inandırmaq üçün bir daha cəhd etmələrini tövsiyə etdi. Qallas, "Gambling Zone"a verdiyi müsahibədə belə dedi:
“Tomas TuXel, "Mançester Yunayted"in problemlərinə həll ola bilər. Əgər kluba gələrsə və vaxt verilərsə, iki il ərzində komandasını qurmaq üçün vaxt tanınarsa, klub hazırkı vəziyyətindən tamamilə fərqli bir vəziyyətdə olar. "Çelsi"də Tuxel çox nizamlı idi, oyunçular ona hörmət edirdi və Çempionlar Liqası ilə yanaşı bir neçə kubok da qazandı, onun niyə uğurlu olduğunu görə bilərsiniz və bəlkə də "Çelsi"də işləri dəyişdirməsi üçün ona kifayət qədər vaxt verilmədi.”
© Copyright 2026, All Rights Reserved