Eze “Arsenal”ı liderliyə qaytardı
“Arsenal” “Nyukasl”ı məğlub etdi – Ezenin erkən qolu zirvəni qaytardı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 34-cü turunda “Arsenal” öz meydanında “Nyukasl”ı qəbul edib və minimal hesablı qələbə qazanıb – 1:0.
Görüşün taleyini erkən vurulan qol həll edib. 9-cu dəqiqədə Ebereçi Eze fərqlənərək komandasına üç xalı qazandırıb. Bu, futbolçunun mövsümdəki 10-cu qolu olub:
Arsenal 1 - 0 Nyukasl
E. Eze 9’
Qol: https://t.me/doxsanplus/116545
Bu qələbə ilə “Arsenal” yenidən Premyer Liqada qələbə yoluna qayıdıb və turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirib.
Turnir cədvəlində vəziyyət:
Eyni zamanda “Arsenal” bir mövsümdə künc zərbələrindən vurulan 17 qolla Premyer Liqa tarixində yeni rekord müəyyən edib.
Mövsümün sonuna yaxın liderlik mübarizəsinin daha da gərginləşəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved