FIFA Klublararası Dünya Çempionatı başlayır - "Əl Əhli" - "İnter Mayami"
Futbolsevərlərin səbirsizliklə gözlədiyi FIFA Klublararası Dünya Kuboku ilk dəfə 32 komandanın iştirakı ilə və yeni formatda ABŞ-da keçiriləcək.
90plus.az xəbər verir ki, turnirin açılış matçı 14 iyun tarixini 15 iyuna bağlayan gecə baş tutacaq. Oyun Misirin "Əl Əhli" klubu ilə ABŞ təmsilçisi və Lionel Messinin formasını geyindiyi "Inter Miami" komandası arasında olacaq.
Bu il 21-ci dəfə təşkil edilən turnir əvvəlki illərdən fərqli olaraq artıq 4 ildən bir keçiriləcək və 32 komanda iştirak edəcək. Turnirə ABŞ-ın 11 şəhərində yerləşən 12 stadion ev sahibliyi edəcək. Oyunlar 15 iyun – 13 iyul tarixləri arasında baş tutacaq.
Turnirdə komandalar 8 qrupa bölünüb:
A qrupu: "Palmeiras" (Braziliya), "Porto" (Portuqaliya), "Əl Əhli" (Misir), "Inter Miami" ( ABŞ)
B qrupu: "Paris Saint-Germain" (Fransa), "Atletiko Madrid" (İspaniya), "Botafoqo" ( Braziliya), "Siatl Saundırs" (ABŞ)
C qrupu: "Bayern Münhen" (Almaniya), "Benfika" (Portuqaliya), "Boka Xuniors" ( Argentina), "Oklend Siti" ( Yeni Zelandiya)
D qrupu: "Flamenqo" (Braziliya), "Çelsi" (İngiltərə), "ES Tunis" (Tunis), "Los Angeles" ( ABŞ)
E qrupu: "River Pleyt" ( Argentina), "Inter" ( İtaliya), "Monterrey" (Meksika), "Urawa Red Diamonds" (Yaponiya)
F qrupu: "Fluminense" (Braziliya), "Borussia Dortmund" (Almaniya), "Ulsan" ( Cənubi Koreya), "Mamelodi Sundowns" (Cənubi Afrika)
G qrupu: "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Vidad" (Mərakeş), "Əl Əyn" ( BƏƏ)
H qrupu: "Real Madrid" (İspaniya), "Salzburg" ( Avstriya), "Əl Hilal" ( Səudiyyə Ərəbistanı), "Paçuka" (Meksika)
"Əl Əhli" – "Inter Mayami" oyunu 15 iyun saat 04:00-da (Bakı vaxtı ilə) Mayami şəhərində yerləşən Hard Rock stadionunda keçiriləcək.
Matçlar ABŞ-ın Atlanta, Şarlot, Sinsinnati, Nyu York, Mayami, Naşvil, Orlando, Pasadena, Filadelfia, Sietl və Vaşinqton şəhərlərində keçiriləcək. Oyunlara "Mercedes-Benz Stadium", "Bank of America Stadium", "TQL Stadium", "Hard Rock Stadium", "GEODIS Park" və digər tanınmış arenalar ev sahibliyi edəcək.
Komandalar 4-lü 8 qrupa bölünüb. Qrup mərhələsində hər komanda bir-biri ilə bir dəfə qarşılaşacaq. Hər qrupdan ilk 2 yeri tutanlar 1/8 final mərhələsinə yüksələcək və buradan etibarən turnir tək oyunlu sistemlə davam edəcək. Final 13 iyul tarixində Nyu York şəhərindəki "MetLife Stadium"da keçiriləcək.