FIFA-nın Rusiyaya "qırmızı işığı" davam edir
FİFA Rusiyanın beynəlxalq yarışlara mümkün qayıdışını hazırda müzakirə mövzusu etməyi düşünmür.
90plus.az xəbər verir ki, daha əvvəl Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino Rusiyaya tətbiq edilən kənarlaşdırmanın aradan qaldırılmasının vacibliyini vurğulamışdı və bu qadağanın gözlənilən effekti vermədiyini bildirmişdi.
Rusiyanın turnirlərə geri dönməsi bir sıra Avropa ölkələrinin sərt etirazı ilə qarşılanardı. Bu səbəbdən FİFA Şurasının məsələ ilə bağlı səsvermə keçirməsi də gündəmdə deyil.
Xatırlatma: Rusiya milli komandaları və klubları 2022-ci ildən etibarən FİFA və UEFA-nın təşkil etdiyi yarışlardan uzaqlaşdırılıb.
© Copyright 2026, All Rights Reserved