Flik Dembeleni təbrik etdi: "O, layiq idi"
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik PSJ-nin futbolçusu Usman Dembelenin "Qızıl top" mükafatını qazanması ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, baxmayaraq ki, katalon klubunun hücumçusu Lamin Yamal da namizədlər sırasında yer alırdı, qalib adını Paris təmsilçisinin oyunçusu Usman Dembele qazanıb.
Məsələ ilə bağlı Flik bunları deyib:
"Dembele qarşıdakı illər üçün motivasiya ilə doludur. O, bu uğura layiq idi. Lamin də bu nəticəni normal qarşılayır. O, özünü sübut etməyə hazırdır. Yamal həm cari mövsümdə, həm də gələcəkdə bacarığını ortaya qoymaq niyyətindədir."
Qeyd: 18 yaşlı Lamin Yamal "Qızıl top" səsverməsində 2-ci yeri tutub.
© Copyright 2026, All Rights Reserved