"Fənər"dən 5 qol yedi, komandadan qovuldu
"Rizespor" komandası təcrübəli qapıçısı Gökhan Akkan ilə yollarını ayırdı.
90plus.az xəbər verir ki, Türkiyə çempionatının 3-cü turunda "Fənərbağça" səfərdə "Rizəspor"un qonağı idi. Matç ev sahiblərinin 5-0-lı qalibiyyəti ilə başa çatmışdı. Ancaq oyundan sonra qapıçı Gökhan Akkan müzakirə mövzusu olmuşdu. Onun buraxdığı qolların qəsdən olduğuna dair şübhələr var idi. Bu gün isə komanda qapıçısı ilə yollarını ayırdığını açıqladı.
Qeyd: Gökhan 8 il idi ki, Qaradəniz təmsilçisinin qapısını qoruyurdu. O, bir ara "Ankaragücü"də forma geyinmişdi.
© Copyright 2026, All Rights Reserved