Formula-1 Azərbaycan qran-prisində ilk sınaqdan fransız üzüağ çıxdı
Formula-1 üzrə Azərbaycan qran-prisinin ilk sınaq yürüşü keçirilib.
90plus.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari"nin monakolu pilotu Şarl Lekler birinci olub. “Red Bull”un sürücüsü meksikalı Serxio Peres ikinci, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton üçüncü pillədə qərarlaşıblar.
Birinci sərbəst yürüşün qalibi isə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub.
Qeyd: Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved