Giu yalnız əsas heyətdə oynamaq istəyir
“Çelsi”nin gənc hücumçusu Mark Giu klubdakı oyun şansından narazıdır və yay transfer dönəmində ayrılığı gündəmə gətirib.
90plus.az xəbər verir ki, 19 yaşlı futbolçu daha çox meydanda olmaq və əsas heyətin vacib oyunçularından birinə çevrilmək üçün yenidən La Liqaya qayıtmaq istəyir. Mark Giu davamlı oynaya biləcəyi bir klub axtarışındadır - Mundo Deportivo.
Bununla belə, “Çelsi” rəhbərliyi fərqli plan üzərində dayanır. London təmsilçisi gənc hücumçunun İngiltərə futboluna uyğunlaşmasını davam etdirməsini istəyir və onu başqa Premyer Liqa klubuna icarəyə göndərmək variantını nəzərdən keçirir.
Klub daxilində hesab olunur ki, Mark Giu İngiltərədə müntəzəm oyun təcrübəsi qazansa, gələcəkdə “Çelsi” üçün daha faydalı futbolçuya çevrilə bilər. Bu səbəbdən rəhbərlik onun tam transferinə isti yanaşmır.
Xatırlatma: İspaniyalı hücumçu ötən yay “Barselona”dan transfer olunmuşdu. Gənc yaşına baxmayaraq böyük potensiala sahib hesab edilən futbolçu “Çelsi”də gözlədiyi qədər şans qazana bilməyib.
© Copyright 2026, All Rights Reserved