“Zirə” heç-heçələri sıraladı
“Zirə” yenə büdrədi, “İmişli” yaxşı göstərici ilə seçildi.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 31-ci turun ilk oyununda “İmişli” ilə “Zirə” üz-üzə gəlib.
90plus.az xəbər verir ki, tərəflər meydandan qolsuz bərabərliklə ayrılıb – 0:0.
Bu nəticə ilə “Zirə” son dövrlərdəki heç-heçə seriyasını davam etdirib. Bakı təmsilçisi bütün turnirlər daxil olmaqla keçirdiyi son 7 qarşılaşmanın 6-da rəqibləri ilə bərabərə qalıb.
“İmişli” isə sabit çıxışını davam etdirir. Bölgə təmsilçisi son 6 oyunda cəmi 1 dəfə məğlub olub.
Hazırda turnir cədvəlində “Zirə” 5-ci, “İmişli” isə 9-cu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved