Yurgen Klopp Almaniya yığmasını istəyir
Almaniyalı mütəxəssis Yurgen Kloppın gələcək planları ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.
90plus.az xəbər verir ki, sabiq “Liverpul” çalışdırıcısı hazırda Almaniya millisinin baş məşqçi postunu gözləyir. Bildirilir ki, Klopp bu məsələdə tələsmir və hazırkı milli komanda məşqçisi Yulian Nagelsmannın fəaliyyətinə böyük hörmətlə yanaşır.
Mənbənin iddiasına əsasən, Yurgen Klopp növbəti mövsümdən etibarən “Real Madrid”i çalışdırmaq variantını nəzərdən keçirmir. Son aylarda alman məşqçinin adı tez-tez Madrid klubu ilə hallansa da, bunun real seçim olmadığı bildirilir.
Kloppun əsas məqsədinin gələcəkdə Almaniya millisini çalışdırmaq olduğu vurğulanır. Təcrübəli mütəxəssisin klub futbolundan sonra milli komandada işləməyə daha isti yanaşdığı qeyd edilir.
Xatırlatma: Yurgen Klopp ötən mövsümün sonunda uzun illər rəhbərlik etdiyi “Liverpul”dan ayrılmışdı. O, Mersisayd təmsilçisi ilə həm Premyer Liqa, həm Çempionlar Liqası, həm də digər nüfuzlu turnirlərdə böyük uğurlar qazanmışdı.
© Copyright 2026, All Rights Reserved