“Nyukasl” Eddi Haudan vaz keçmir
“Nyukasl” rəhbərliyi baş məşqçi Eddi Haula bağlı qərarını verib.
90plus.az xəbər verir ki, klub rəhbərliyi Eddi Hauya etimadı davam etdirir və onun növbəti mövsümdə də komandaya rəhbərlik etməsi gözlənilir. İngiltərəli mütəxəssisin hətta 2026/27 mövsümündə də “Nyukasl”ın baş məşqçisi olacağı bildirilir - The Athletic-in jurnalisti David Ornstein.
Mənbənin məlumatına əsasən, klub daxilində hər kəs cari mövsümün gözləntiləri tam qarşılamadığını qəbul edir. Bununla belə, son görüşlərin müsbət atmosferdə keçdiyi və baş məşqçinin gələcəyi ilə bağlı ortaq razılığın əldə olunduğu vurğulanır.
© Copyright 2026, All Rights Reserved