Kamavinqa Deşam üçün 6-cı dərəcəlidir
Fransa millisində Eduardo Kamavinqa ilə bağlı gözlənilməz qərar gündəmə gəlib.
90plus.az xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi baş məşqçi Didye Deşamın qərarı səbəbindən Dünya Çempionatı üçün yekun heyətdən kənarda qala bilər - Telefoot.
Mənbənin iddiasına əsasən, Kamavinqa hazırda Fransa millisinin yarımmüdafiə xəttində seçim sıralamasında yalnız altıncı variant hesab olunur. Deşamın ondan əvvəl üstünlük verdiyi futbolçular bunlardır:
Bu vəziyyət Kamavinqanın millidəki gələcəyi ilə bağlı sualları artırıb. Halbuki 22 yaşlı futbolçu son illərdə Fransa millisinin ən perspektivli yarımmüdafiəçilərindən biri hesab olunurdu.
Bildirilir ki, məşqçilər korpusu hazırkı mərhələdə daha balanslı və sabit seçimlərə üstünlük verir. Xüsusilə N’Qolo Kantenin təcrübəsi, Çuameninin əsas heyətdəki rolu və gənc Zair-Emerinin inkişafı Kamavinqanın geriyə düşməsinə səbəb olub.
© Copyright 2026, All Rights Reserved