Konfrans Liqası, Final: Arda Turanda alınmadı
Konfrans Liqasında final cütü formalaşdı.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları baş tutub.
Gecənin diqqətçəkən oyunlarından biri Fransada keçirilib. "Strasbur" doğma meydanda "Rayo Valyekano" ilə üz-üzə gəlib. Səfər komandası bu görüşdə qələbə qazanaraq finala vəsiqə əldə edən tərəf olub: 1-0
Digər yarımfinal matçında isə Arda Turanın rəhbərlik etdiyi "Donesk Şaxtyor" İngiltərə təmsilçisi "Kristal Pelas"a məğlub olub: 2-1. İki oyunun nəticəsinə əsasən London klubu adını finala yazdırmağı bacarıb.
Beləliklə, UEFA Konfrans Liqasının finalında “Kristal Pelas” və “Rayo Valyekano” qarşılaşacaq.
Həlledici görüş 27 may tarixində, saat 23:00-da Red Bull Arenada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved