Gyökeres Salahı ötüb-keçdi
İsveçli futbol ulduzu Viktor Gyökeres "Qızıl buts" mübarizəsində Mohamed Salahı geridə qoydu.
90plus.az xəbər verir ki, ”Sportinq”in 26 yaşlı hücumçusu Boavista ilə matçda (5:0) poker etməklə qollarının sayını 38-ə çatdırdı.
"Qızıl buts" reytinqində Portuqaliya liqasında hər vurulan qola 1.5, TOP-5 ölkələrində isə 2 xal verilir. Beləliklə, Gyökeresin hazırda 57, Premyer Liqada 28 qol vuran Salahın isə 56 xalı var:
1. Viktor Gyökeres - 57 xal (38*1.5)
2. Mohamed Salah - 56 (28*2)
3. Robert Levandovski - 50 (25*2)
4 və 5. Harri Keyn - 48 (24*2)
4 və 5. Mateo Retegui - 48 (24*2)
Qeyd: Gyökeres 2001-2002 mövsümündə Mário Jardeldən bu yana 23 il ərzində bu yarışda TOP 5 liqadan olmayan ilk liderdir.
© Copyright 2026, All Rights Reserved