İkardi "Qalatasaray" tarixinə keçdi
İkardi Selçuk İnanı geridə qoymağı bacardı.
90plus.az xəbər verir ki, Trendyol Süper Liqasının 9-cu həftəsində "Qalatasaray" "Antalyaspor"un qonağı oldu.
"Corendon Airlines" Stadionunda oynanılan matçda Mauro İkardi 10 və 52-ci dəqiqələrdə qapıya yol tapdı. İkardi bu qollarla tarixə keçdi.
İKARDİ, "QALATASARAY" TARİXİNƏ DÜŞDÜ
Mauro İkardi "Qalatasaray" forması ilə Süper Liqada 51 qol vurdu. 31 yaşlı oyunçu, sarı-qırmızı komandanın əfsanələrindən Georghe Hagi-dən sonra liqada 50 qola ən sürətli çatan ikinci əcnəbi futbolçu oldu.
İkardi, "Qalatasaray"da 64 liqa oyununda 51 qol vurdu.
"Qalatasaray" karyerasında 60 qola çatan Mauro İkardi, klub tarixinin ən çox qol vuran 10-cu futbolçusu oldu. İkardi digər klub əfsanəsi Selçuk İnanı qol sayında geridə qoydu.
© Copyright 2026, All Rights Reserved