“İmişli” “Benfika”nın yetirməsini aldı
“İmişli” heyətini portuqaliyalı hücumçu ilə gücləndirdi.
90plus.az xəbər verir ki, “İmişli” klubu transfer çalışmalarını davam etdirərək Portuqaliya futbol məktəbinin yetirməsini heyətinə qatıb.
Bölgə təmsilçisi 23 yaşlı hücumçu Dioqu Kardozu ilə 2 il 6 ay müddətinə müqavilə imzalayıb. Portuqaliyalı futbolçu karyerasının son mərhələsində “Portimonense” klubunun U-23 komandasında çıxış edib.
Kardozu peşəkar futbolun əsaslarını “Benfika” akademiyasında alıb və gənc yaşlarında bu klubun strukturunda inkişaf edib. “İmişli” rəhbərliyi yeni transferin hücum xəttində rəqabəti artıracağına ümid edir.
Qeyd: Klub yeni mövsüm öncəsi heyətini daha da gücləndirməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved