İnzaginin uğursuz seriyası: fərqli klublar, eyni tale
Simone İnzaginin komandaları həlledici dönəmlərdə hər zaman büdrəyir.
90plus.az xəbər verir ki, 49 yaşlı italiyan mütəxəssis eyni uğursuzluğu həm "Latsio"da, həm də "İnter"də yaşaylb:
* 2017/18 mövsümü - "Latsio"da:
“Latsio” son turda “İnter”ə uduzdu və bu nəticə ilə Çempionlar Liqasına “İnter” getdi (orta xalla).
* 2019/20 mövsümü - "Latsio"da:
Pandemiyadan əvvəl çempionluğa iddialı olan “Latsio” liqalar bərpa olunduqdan sonra enişə keçdi və mövsümü 4-cü sırada tamamladı.
* 2021/22 mövsümü - "İnter"də:
Çempionluğun əsas favoriti olan “İnter” son həftələrdə heç bir iddiası olmayan “Bolonya”ya qarşı Radunun topu ayağından qaçırması ilə məğlub oldu və çempionluğu “Milan”a verdi.
* 2024/25 mövsümü - "İnter"də:
Aydın fərqlə çempionluğun favoriti olan “İnter” ardıcıl olaraq “Bolonya” və “Roma” qarşısında məğlub oldu və nisbətən asan oyun proqramı olan “Napoli”yə üstünlük qazandırıb:
1. Napoli - 74 xal;
2. İnter - 71 xal.
Qeyd: İnzaginin kollektivi bu gün saat 23:00-da Çempionlar Liqasının finalı uğrunda ilk matçını "Barselona" ilə keçirəcək.
© Copyright 2026, All Rights Reserved