Joni Montiel üçün mövsüm bitdi
Montiel üçün mövsüm başa çatdı – əməliyyat olundu.
90plus.az xəbər verir ki, "Qarabağ" ciddi itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Joni Montiel “Neftçi” ilə oyunda aldığı zədədən sonra əməliyyat keçirib.
İspaniyalı futbolçunun ayaq barmağında sınıq aşkarlanıb və bu gün cərrahi müdaxilə olunub. Həkimlərin rəyinə əsasən, Montiel ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun üçün cari mövsümün vaxtından əvvəl başa çatması anlamına gəlir.
Xatırlatma: Hadisə Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış qarşılaşmasında baş verib. Montiel 39-cu dəqiqədə Emil Səfərovla mübarizə zamanı zədələnib və dərhal xəstəxanaya aparılıb.
Beləliklə, “Qarabağ” mövsümün həlledici mərhələsində əsas oyunçularından birinin xidmətindən məhrum olub.
© Copyright 2026, All Rights Reserved