Klopp Almaniya millisi ilə yenidən meydanlara geri dönür?
Klopp Almaniya millisinin baş məşqçilik postuna əsas namizəddir.
90plus.az xəbər verir ki, Naqelsmannın millidən ayrılacağı təqdirdə baş məşqçi vəzifəsinə əsas namizədin "Liverpul"un keçmiş çalışdırıcısı Yurgen Klopp olacağını söyləyib: “Əgər Yulian Naqelsmann nə vaxtsa millidən ayrılmağa qərar verərsə, təbii ki, biz Yurgen Kloppun namizədliyini nəzərə alacağıq.
Klopp uzun müddət Almaniyadan kənarda işləyib. Təbii ki, onu yüksək qiymətləndirirəm. Yurgen Kloppun inanılmaz karyerası olub”.
Qeyd: Klopp hazırda heç bir komandanı çalışdırmır. Onun son klubu "Liverpul" olub. Mütəxəssis 2015-ci ildən baş məşqçilik etdiyi İngiltərə təmsilçisindən bu yay ayrılıb.
© Copyright 2026, All Rights Reserved