Kompani Bundesliqa kubokunu mətbəxdə unudub
Kompani kuboku evdə unutdu — "Bayern Münhen"in mükafatlandırma mərasimində qeyri-adi hadisə baş verib.
90plus.az xəbər verir ki, "Bayern Münhen”in Bundesliqada çempionluğunu qeyd etdiyi mərasimdə gözlənilməz və gülməli hadisə yaşanıb.
Məlumata görə, baş məşqçi Vinsen Kompani mükafatlandırma mərasiminə gələndə çempionluq kubokunu evində — mətbəxində unutduğunu anlayıb.
Onun həyat yoldaşı kuboku gətirmək üçün dərhal tədbir görsə də, şəhər zalına daxil olmasına icazə verilməyib.
Nəticədə vəziyyəti polis əməkdaşları həll edib. Dörd polis və bir təhlükəsizlik əməkdaşı kuboku arxa girişdən zalın içinə gətirərək “Bayern Münhen” futbolçularına təhvil verib və beləliklə bayram tədbiri davam etdirilib.
Hadisə Almaniya mətbuatında, xüsusilə də “Bild” nəşrində geniş şəkildə işıqlandırılıb.
© Copyright 2026, All Rights Reserved